📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vladimir Putin: “NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına cavab verəcəyik”

2021-11-18 19:12:00

Vladimir Putin: “NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına cavab verəcəyik”

 

“NATO Rusiya ilə qarşıdurmanı artırır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

“Bir müddət əvvəl Rusiya diplomatlarının alyansa üzv olan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, artıq əməkdaşlıq etməklə bağlı bəzi siqnallar verilməkdədir”, - o vurğulayıb.

V.Putin NATO-nun infrastrukturlarını Rusiya sərhədlərinə yaxınlaşdırdığını nümayiş etdirdiyini söyləyib: “Bundan başqa, NATO dialoqun bütün mexanizmlərini təşəbbüskarlıqla sındırıb. NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına əlbəttə ki, cavab verəcəyik”. \\Report