"Vladimir Putinin iqamətgahı yandırılıb" - XAQANİ CƏFƏRLİ
"İqamətgah binasını söndürmək mümkün olmadığı kimi Rusiyanı yandırıb məhv edən atəşi də söndürmək mümkün olmayacaq"
"Putinin Altay diyarının Onquday rayonundakı iqamətgahı yandırılıb. Bu Putinin 2015-ci ildə İtaliyanın o zamankı baş naziri Berluskonini qəbul etdiyi iqamətgahıdır. Bu iqəmətgahın tikintisinə 2010-cu ildə üç milyard rubl xərclənmişdi. İqamətgahın ərazisində hasara alınmış meşə sahələri olan və maral yetişdirilməsi üçün ferma var". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, belə iddia olunur ki, Putin bu heyvanların buynuzlarının ekstraktı ilə vanna qəbul edir: "Bu prosedurun ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırdığı və dərini cavanlaşdırdığı iddia edilir. Yanan iqamətgah binası Rusiyanın yandığının göstəricisidir. İqamətgah binasını söndürmək mümkün olmadığı kimi Rusiyanı yandırıb məhv edən atəşi də söndürmək mümkün olmayacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az