📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vladimir Zelenski Avropa parlamentində çıxış edir: "Bizi heç kim sındıra bilməz"

2022-03-01 16:15:00

Vladimir Zelenski Avropa parlamentində çıxış edir:

Hal-hazırda Ukrayna prezidenti Vladimir Zelenski Avropa Parlamentində çıxış edir.
“Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Arzumuz budur ki, övladlarımız yaşasın. Mənə elə gəlir ki, bu, ədalətli istəkdir, çünki dünən 16 uşaq həlak oldu. Və Putin yenə deyəcək ki, bu hərbi əməliyyatdır. Sizin uşaqlarımız harada işləyir, hansı tankları sürürlər?
Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi də yaşamaq üçün mübarizə aparırıq.
Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. Ukraynaya eşq olsun!"

Ülviyyə, Hurriyyet.az