📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Volkswagen" şirkəti Rusiyada "Passat" sedanının satışını dayandırdı

2022-02-24 14:49:00

Almaniyanın "Volkswagen" şirkəti Rusiyada "Passat" sedanının satışını dayandırır. Bu barədə brendin fevralın 24-də “İzvestiya”ya daxil olan məlumat mesajında ​​deyilir.
“İndiki nəsil Passat sedanının istehsalı dayandırılacaq. 24 fevral 2022-ci il tarixindən etibarən Volkswagen bu model üçün sifariş qəbulunu dayandırır. Sedan satışları ildən-ilə azalır və Volkswagen markası tələbatdakı bu dəyişikliklərə cavab verir. Tələb meylləri SUV seqmentinə doğru dəyişməyə davam edir", deyə məlumatda bildirilir.

Ülviyyə, Hurriyyet.az