Volnovaxa işğal edildi, Mariupol mühasirəyə düşdü
2022-03-11 11:07:00
“Donetsk xalq respublikası”nın silahlı qüvvələri Volnovaxa şəhərinə nəzarəti ələ keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
“Olginka, Velika-Anadol, Zeleni Qay yaşayış məntəqələri də nəzarətə götürülüb, altı kilometrə qədər irəliləmə olub. Mariupolun mühasirəsi davam edir, şərq, şimal və qərb istiqamətlərində ümumən 800 metr irəliləyiş qeydə alınıb”, - o bildirib.