📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Volodimir Zelenski Polşada “Ağ Qartal” aldı - YENİLƏNİB + VİDEO

2023-04-05 16:47:00

Volodimir Zelenski Polşada “Ağ Qartal” aldı - YENİLƏNİB + VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Varşavadakı Kral Qalasında polşalı həmkarı Andjey Duda ilə görüşüb.

Bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.

Rəsmi görüş zamanı Andjey Duda ukraynalı həmkarını “Ağ Qartal” ordeni ilə təltif edib.

Hesab olunur ki, bu, Polşanın ən qədim və ən yüksək mükafatıdır.

Polşa lideri vurğulayıb ki, Zelenski Polşa ilə Ukrayna arasında əlaqələrin dərinləşdirilməsində xidmətlərinə, insan hüquqlarının müdafiəsi sahəsində təhlükəsizlik və davamlılıq sahəsində fəaliyyətinə görə mükafatlandırılıb.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Polşadadır.

Bu barədə Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marçin Pjidaç deyib.

“Prezident Zelenskinin Polşa sərhədini keçdiyini deyə bilərəm”, - deyə Pjidaç yerli TVN24 telekanalına bildirib, ancaq təfərrüatı açıqlamayıb.

Bildirilir ki, Zelenskinin Polşa Prezidenti Andjey Duda ilə görüşü, həmçinin bu ölkədə yaşayan polyaklar və ukraynalılar qarşısında çıxış edəcəyi gözlənilir.

oxu.az