Volodin: “Meta” vətəndaşlarımıza müharibə elan edib
2022-03-11 14:07:00
Ukraynalıların rus hərbçiləri və ölkə Prezidenti Vladimir Putinlə bağlı qəzəbli mesajlarının əngəllənməməsi ruslara qarşı nifrəti qızışdırır.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Zukerberqin qərarı ruslara qarşı nifrətin qızışdırılması və informasiya müharibəsidir. Onun platforması bunun nəticələrini görəcək. Çünki bu, Amerika platformaları vasitəsilə vətəndaşlarımıza qarşı yönəlmiş müharibədir. Rusiya Baş Prokurorluğuna və İstintaq Komitəsinə müraciət etmək lazımdır”, - Volodin bildirib.
Qeyd edək ki, “Meta” şirkəti ukraynalıların rus hərbçiləri və ölkə Prezidenti Vladimir Putinlə bağlı qəzəbli mesajlarının əngəllənməyəcəyini bəyan edib.