📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Volodin Simonyanı Moskvaya dəvət edib

2022-10-01 16:57:00

Volodin Simonyanı Moskvaya dəvət edib

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan gələn həftə Moskvaya səfər edəcək.

Ermənistan parlamentinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Ermənistan Respublikasının parlamentinin sədrinin başçılıq elədiyi nümayəndə heyəti oktyabrın 9-da Rusiya Federasiyasının paytaxtına səfər edəcək”.

Simonyan Rusiya Dövlət Dumasının sədri Vyaçeçlav Volodinin dəvəti ilə Moskvada üçgünlük səfərdə olacaq.

Hürr Tərcüman