📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VTB-nin vəzifəli şəxsi 4 min manat cərimələndi

2024-02-13 12:12:50

VTB-nin vəzifəli şəxsi 4 min manat cərimələndi

Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi cərimələnib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.

bakupost.az