📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq

2024-05-13 22:01:01

Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq

Serbiyanın Ukraynadakı səfiri tezliklə Kiyevə qayıdacaq.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşündən sonra özünün instaqram səhifəsində bildirib.

“Biz ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik və razılaşdıq ki, tezliklə iki ölkənin sahibkarları üçün iqtisadi forum təşkil edək”, - Vuçiç, həmçinin qeyd edib.

Qeyd edək ki, 2022-ci il martın əvvəlində Serbiyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və işçilər Belqrada təxliyə edilib. \\Report.Az