📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vuçiçin adından verilən şam yeməyində Azərbaycan mahnısı ifa edildi

2026-02-15 22:15:09

Vuçiçin adından verilən şam yeməyində Azərbaycan mahnısı ifa edildi

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.