📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Babakişiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

2024-08-21 13:06:30

Vüqar Babakişiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib. 

Hurriyyet.az xəbər verir ki, bu, Vüqar Babakişiyevdir. 

O, uzun illər sığorta sektorunda çalışıb və institutun rəhbərliyində Səbuhi Bəşirovu əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır. 

report.az