📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Bayramov: Qadınların pensiyası xüsusi əmsalla hesablansın

2024-05-24 12:24:25

Vüqar Bayramov: Qadınların pensiyası xüsusi əmsalla hesablansın

Milli Məclisin 2024-cü il 24 may tarixində keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi gedir.

Müzakirə zamanı çıxış edən Vüqar Bayramov təklif edib ki, qadınların pensiyası xüsusi əmsalla hesablansın. Bu onların pensiyasının artırılmasına imkan verəcək. Deputat həmçinin qeyd edib ki, bu məsələdə differensial yanaşma olmalıdır.

Ülviyyə, Hurriyyet.az