📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR MƏMMƏDOB TİBB MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ – Baş redaktor əməliyyat oluna bilər

2026-10-13 12:28:12

VÜQAR MƏMMƏDOB TİBB MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ – Baş redaktor əməliyyat oluna bilər

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) səhhətində yaranan problemlərlə əlaqədar şənbə günü Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə köçürülüb.

Hurriyyet.net xəbər verir ki, bu barədə  “Hürriyyət” qəzetinin baş direktoru, V.Məmmədovun qardaşı Cəsur Məmməov bildirib.

Onun sözlərinə görə, baş tredaktor ötən ay Bakı Sağlamlıq Mərkəzində “anju” olunduqdan sonra, həkimlərin məsləhəti ilə, əməliyyat da olunmalı idi. Görünür, bir müddət müalicə prosesinin aparılması məsləhət bilinib. Bu səbəbdən də ötən həftə yenidən Tibb Baş İdarəsinə köçürülməsinə qərar verilib.

Cəsur Məmmədov onu da dedi ki, hazırda qardaşının əməliyyat olunub-olunmayacağı ilə bağlı dəqiq bir məlumat yoxdur. Çox güman ki, yaxın bir neçə gün ərzində bu barədə məlumat əldə edə biləcəklər.

Xatırladaq ki, sabah yəni 14 oktyabr saat 14:15 də Bakı ağır cinayətlər məhkəməsində Vüqar Tofiqoğlunun növbəti prosesi keçiriləcək. 

Jalə FAMİLQIZI

Hurriyyet.net