📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR MƏMMƏDOV QƏFİL MƏHKƏMƏYƏ ÇIXARILDI - Baş redaktorun həbs müddəti uzadıldı

2026-02-09 17:36:54

VÜQAR MƏMMƏDOV QƏFİL MƏHKƏMƏYƏ ÇIXARILDI -      Baş redaktorun həbs müddəti uzadıldı

 "Hürriyyət" qəzetinin və "Hürriyyət TV"-nin baş redaktoru Vüqar Məmmədov bu dəqiqələrdə hakim qarşısına çıxarılıb.  

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, baş redaktorun həbs müddəti 3 ay uzadılıb.  Xatırladaq ki, Vüqar Məmmədovun məhkəmə prosesinin fevralın 13-də keçiriləcəyi gözlənilirdi.

Lakin vəkilinə və ailə üzvlərinə məlumat verilmədən, baş redaktor bu gün məhkəməyə çıxarılıb.