📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Səfərli zərərin nə qədərini ödəyib?- Məhkəmə

2021-08-16 16:13:00

Vüqar Səfərli zərərin nə qədərini ödəyib?- Məhkəmə

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin dövlətə vurduğu zərərin nə qədərini ödədiyi dəqiqləşdirilib.

HURRİYYET.org xəbər verir ki, cinayət işi materiallarında yer alan məlumata görə, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.

Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyib. Dəymiş zərərdən ən çox ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Qeyd edək ki, ittihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.