Vüqar Tofiqoğlu 4 gündür Kürdəxanıya köçürülüb, Tibb Baş İdarəsi xəbərsizdir – FOTOFAKT
Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) təxminən 10 gün ərzində saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yenidən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Maraqlıdır ki, bu proses 4 gün əvvəl baş tutsa da, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hələ də Vüqar Məmmədovun Kürdəxanıya köçürülməsindən xəbərsizdir.
Hurriyyet.media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Vüqar Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin baş katibi Məğrur Bədəlsoyun müraciətinə verilən 11.08.2026-cı il tarixli məktubda qeyd olunur. Qurumun rəis müavini Çingiz Əmirovun imzaladığı cavab məktubunda bildirilir ki, Vüqar Məmmədov hazırda Müalicə Müəssisəsində “müalicə olunur”.
Dünən imzalanan məktubu olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI
Hurriyyet.media