📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR TOFİQOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI – Növbəti prosesin vaxtı qeyri-müəyyəndir

2026-06-10 12:27:34

VÜQAR TOFİQOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI – Növbəti prosesin vaxtı qeyri-müəyyəndir

“Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) məhkəmə prosesi təxirə salınıb. Hurriyyet.info xatırladır ki, baş redaktorun məhkəməsi bu gün – 10 iyun saat 14:30-da keçirilməli idi. Lakin az əvvəl V.Məmmədovun vəkili Aqil Layıc ailə üzvləri ilə əlaqə saxlayaraq, baş redaktorun məhkəmə prosesinin təxirə düşdüyünü bildirib.

Vəkil onu da qeyd edib ki, V. Məmmədovun növbəti məhkəmə prosesinin nə vaxt keçiriləcəyi hazırda qeyri-müəyyəndir, yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.

Aqil Layıcın sözlərinə görə V.Məmmədovun məhkəmə prosesinin təxirə düşməsinə səbəb hakimlərdən birinin Bakı Apellyasiya Məhkəməsində yeni vəzifəyə təyin olunmasıdır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun yerinə hakim təyin olunmadığından, baş redaktorun məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Vüqar Məmmədovun növbəti məhkəmə prosesinin vaxtı ilə bağlı oxucularımıza məlumat verəcəyik.

Jalə FAMİLQIZI

Hurriyyet.info