📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Tofiqoğlunun növbəti məhkəmə prosesi bu tarixdə keçiriləcək... - AÇIQLAMA

2026-06-26 13:59:06

Vüqar Tofiqoğlunun növbəti məhkəmə prosesi bu tarixdə keçiriləcək... - AÇIQLAMA

“Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesinin keçiriləcəyi tarix bəlli olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə baş redaktorun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, V. Məmmədovun növbəti məhkəmə prosesi iyul ayının 6-da, saat 16:30-da keçiriləcək.

Hurriyyet.info xatırladır ki, baş redaktorun məhkəməsi 10 iyun saat 14:30-da keçirilməli idi. Lakin hakimlərdən birinin Bakı Apellyasiya Məhkəməsində yeni vəzifəyə təyin olunması səbəbindən məhkəmə prosesi təxirə salınmışdı.

Qeyd edək ki, Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 -cü maddələri ilə ittiham edilir.

Jalə FAMİLQIZI

Hurriyyet.info