📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vurulan gəmidə sağ qalan azərbaycanlıların adları - Açıqlandı

2026-10-24 11:56:05

Vurulan gəmidə sağ qalan azərbaycanlıların adları - Açıqlandı

Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.

Hurriyyet.net  Axar.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.

Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.

Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.