Vüsal Aslanovdan daha bir təyinat - SEYMUR MƏHƏRRƏMOV RƏİS MÜAVİNİ VƏZİFƏSİNƏ GƏTİRİLDİ
2026-08-25 16:48:36
“Bakı Metropoliteni” QSC-də daha bir mühüm vəzifəyə təyinat olub.
Hurriyyet.Media xəbər verir ki, QSC sədri Vüsal Aslanovun əmri ilə Seymur Eldar oglu Məhərrəmov "Neftçilər" stansiyasının rəis müavini vəzifəsinə təyin edilib.
S. Məhərrəmov bu təyinatadək "Memar Əcəmi" stansiyasında HSM vəzifəsində çalışıb.
Xatırladaq ki, Vüsal Aslanov avqustun əvvəlində bir neçə mühüm vəzifəyə təyinatlar həyata keçirmişdi. Belə ki, “Koroğlu” stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad olunaraq “Ulduz” stansiyasının rəisi vəzifəsinə təyin edilib.
V.Aslanlının digər əmri ilə “Memar Əcəmi” stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun “Qara Qarayev” stansiyasına rəis təyin olunub.