📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüsal Məsiyevə yüksək vəzifə verildi

2024-07-05 10:54:32

Vüsal Məsiyevə yüksək vəzifə verildi

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

Hurriyyet.az xəbər verir ki, o, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

Qeyd edək ki, V.Məsiyev vaxtilə İSB-nin baş informasiya meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.

Axar.az