📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi + FOTO

2026-05-15 11:52:48

Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi + FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Yeni Sabah” məlumat yayıb. 

Məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun "Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub. pizza hut

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departementinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə” İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.