📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüsal Nəsirli ona yüksək vəzifə verdi - FOTO

2026-08-19 14:32:02

Vüsal Nəsirli ona yüksək vəzifə verdi - FOTO

Dövlət strukturlarında kadr dəyişiklikləri və yerdəyişmələr davam edir və bu dəfə kadr islahatları diqqətçəkən bir təyinatla yadda qalıb.

Hurriyyet.media xəbər verir ki, NOCOMMENT.az-a daxil olan özəl məlumata görə, cari ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunan Rafael Zakir oğlu Məmmədov tutduğu vəzifədən ayrılaraq fəaliyyətini digər strateji qurumda davam etdirəcək.

Əldə etdiyimiz məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq qərarı ilə Rafael Məmmədova qurum sistemində yeni və məsuliyyətli vəzifə həvalə olunub.

Belə ki, o, AAYDA-nın tabeliyində fəaliyyət göstərən Yolların Mühafizəsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəis müavini təyin edilib.