Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
2026-11-20 14:05:53
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.
Hurriyyet.net xəbər verir ki, bununla bağlı Vyetnamın Baş nazir Le Minh Hunq Prezident İlham Əliyevlə görüşündə bildirib.
Dövlət başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirib.
Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.