WEFA İstanbul və Ərzincanda yaşayan 200 Axısxa Türkünə qış geyimləri bağışladı – FOTOLAR
WEFA Beynəlxalq Humanitar Yardım Təşkilatı Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) təşəbbüsü ilə İstanbulda və Ərzincanın Üzümlü rayonunda yaşayan Axısxa Türklərinin övladlarına avropalı xeyriyyəçilərin göndərdiyi qış geyimlərini təqdim edib.
Hurriyyet.az DATÜB-ün Baş Qərargahına istinadən xəbər verir ki, verilən yardımın çox anlamlı olduğunu dilə gətirən DATÜB Baş katibi Fuat Uçar bildirib: “WEFA Beynəlxalq Humanitar Yardım Təşkilatının Türkiyənin müxtəlif vilayətlərində ehtiyacı olan uşaqlarımızın qəlbinə toxunan, onunların sevindirən işlərinə böyük əhəmiyyət veririk. Bu mənada, DATÜB Baş Qərargahı və DATÜB Ərzincan Nümayəndəliyi olaraq, onların dəstəyi ilə İstanbulda yaşayan 100, Ərzincanda - Üzümlüdə yaşayan 100 Axısxa Türkü övladına, onlarla əməkdaşlıq edərək, qış geyimləri payladıq.
Avropalı xeyirxah qardaşlarımıza, WEFA Türkiyənin Baş katibi Cumali Keleşə və onlara dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Hurriyyet.az









