📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Whatsapp" bu telefonlarda da işləməyəcək: Oktyabrdan...

2022-05-23 23:39:00

"Whatsapp" mesajlaşma proqramı bəzi köhnə iPhone modellərində işləməyəcək.

Bu barədə "Wabetainfo" saytı məlumat yayıb.

Oktyabrın 24-də ios 10 və ios 11 vasitəsilə işləyən bəzi köhnə iPhone modellərində "Whatsapp" işləməyəcək.

Bununla yanaşı, iPhone 5 və iPhone 5c telefonlarda ios 12-ə kimi yeniləmələr mümkün deyil. Bu səbəbdən həmin smarfonların istifadəçiləri də oktyabrda "Whatsapp" proqramından istifadə edə bilməyəcək.


Lent.az