📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“WhatsApp” internetsiz də istifadə olunacaq

2023-01-17 21:40:00

“WhatsApp” internetsiz də istifadə olunacaq

“WhatsApp” tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün olacaq.

Hurriyyet.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Meta” platforması yeni funksiyanı yaxın zamanlarda istifadəyə verəcək.

Platforma İrandakı etirazlar zamanı insanların internetsiz qalması şəraitində ünsiyyət qura bilməməsi zamanı bu yeniliyin effektiv olacağını düşünüblər.

Lakin yeni funksiya yaradılarkən şəxsi məlumatların qorunması və onların məxfiliyi təmin olunacaq.

Qeyd edək ki, bu yeniliyin 2023-cü il ərzində istifadəyə verilməsi planlaşdırılır. \\Gununsesi.info