📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“WhatsApp” kanallar üçün QR kodları sınaqdan keçirir

2024-10-28 22:54:43

“WhatsApp” kanallar üçün QR kodları sınaqdan keçirir

“WhatsApp” messenceri kanalların tapılmasını asanlaşdırmaq üçün funksiya hazırlayır.
Yeni kanala qoşulmaq üçün QR kodları skan etməyə imkan verəcək.
Bildirilib ki, funksiya hazırda sınaq mərhələsindədir.
“WABetaInfo” “Android” 2.24.22.20 üçün “WhatsApp”ın ən son beta versiyasında yeni funksiya aşkar edib, lakin bu, hələ ki, beta testçiləri üçün əlçatan deyil.
Qeyd edilib ki, mesajda link göndərmək əvəzinə, QR kodu kanala qoşula bilən hər kəsə skan edib göstərmək olar.
“WhatsApp” QR kodları artıq hesablarınızı paylaşmaq və tətbiqin veb versiyasına daxil olmaq üçün istifadə edilə bilər. \\Yeniavaz.com