📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata...

2022-06-14 11:17:00

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata...

Daha əvvəl “WhatsApp” messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik. 

Hurriyyet.az-ın məlumatına görə, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib. 

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək.

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün. 

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək.