📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Whatsapp”da görünməz olmağın GİZLİ YOLU

2022-01-10 23:59:00

“Whatsapp”da görünməz olmağın GİZLİ YOLU

“WhatsApp”ın məlum xüsusiyyətləri ilə yanaşı, gizli funksiyaları da var. Bu gizli özəlliklərdən biri də istifadəçilərin adlarını başqaları üçün görünməz etməkdir.  

Hurriyyet.az xarici mətbuata istinadən tətbiqdə adınızı gizlətməyin yolunu təqdim edir: 

1. Əvvəlcə telefonunuzda və kompüterinizdə “Whatsapp”ı açın.

2. Bu iki simvolu kopyalayın ⇨ ຸ

3. Sonra “Whatsapp”da parametrlər bölməsinə keçin.

4. Cari “Whatsapp” adınıza və sonra qələm işarəsinə toxunun.

5. Ox simvolunu silin (⇨ bunu silin, sağdakı işarə qalacaq) və adınızı dəyişmək üçün “Ok” üzərinə klikləyin.

6. Bundan sonra “Whatsapp”da adınız boş qalacaq. Artıq anonimsiniz. 

Kimsə sizi hər hansı bir “WhatsApp” qrupuna kontakt kimi əlavə etmədikcə adınızı heç kəs görə bilməyəcək.  \\Lent.az