📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"WhatsApp"da yeni özəllik - Bu cihazların adını dəyişə biləcəksiz

2022-06-07 00:00:00

"WhatsApp” gözlənilən funksiyasını işə salıb.

"WhatsApp” şirkəti beta versiyaları olan biznes hesabları üçün qoşulmuş cihazlarda adı dəyişdirmək imkanını təqdim edib.

Belə ki, istifadəçilər "WhatsApp” hesablarına qoşulan cihazların adını dəyişə biləcəklər.

Müəssisələr uzun müddətdir ki, birdən çox cihazla "WhatsApp” hesablarına qoşulmaq imkanından istifadə edirlər.

Bu xüsusiyyəti daha faydalı etmək istəyən "Meta” Android və iOS tətbiqləri üçün ad dəyişdirmə fürsəti təqdim etməyə başlayıb.

Yeni funksiya hələlik yalnız beta istifadəçiləri üçün əlçatandır.

Qoşulmuş cihazlarda adı dəyişdirmək qabiliyyətinin yaxın həftələrdə bütün biznes hesabları üçün əlçatan olacağı təxmin edilir. \\AZXEBER.COM