📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“WhatsApp”da yeniliklər olacaq

2021-12-25 09:25:00

“WhatsApp”da yeniliklər olacaq

“WhatsApp” istifadəçilərə mesaj göndərməzdən əvvəl mediafaylları idarə etmək üçün yeni seçimlər təqdim edəcək.

Messencer şəkil, video və ya GIF animasiyası formatlı mesajın alıcılarını seçmək və ya məzmunu statusa çevirmək imkanı verəcək.

Məlumata görə, yeni funksiya ilə birlikdə “WhatsApp”da kiçik dizayn yenilənməsi aparılacaq və media məzmunun seçilməsi üçün xüsusi düymə əlavə ediləcək.

Yeniliklər tezliklə tətbiqin Android və iOS versiyalarında istifadəyə veriləcək.//Oxu.az