📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Whatsapp"dan çoxdan gözlənilən yenilik - FOTO

2022-01-21 00:00:00

"Whatsapp" çoxdan gözlənilən funksiyanı işə salır.

Artıq səsli mesajların yazılması zamanı fasilə etmək mümkün olacaq. Belə ki, tezliklə messencerin çat interfeysində səsli mesajların yazılması zamanı "fasilə" və "davam" düyməsi görünəcək.

İstifadəçilər səsi həmsöhbətə göndərməzdən əvvəl həm onu dinləyə, həm də silə biləcəklər.

Hazırda "iOS"da beta versiyası üçün əlçatan olan yenilik tezliklə "Android" üçün sınaq versiyalarında görünəcək.


"Whatsapp"dan çoxdan gözlənilən yenilik - FOTO


BİG.Az