📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"WikiLeaks" fəaliyyətinə davam edəcəkmi?

2024-06-26 12:05:52

Dünən Britaniya həbsxanasından azadlığa buraxılmış Culian Assancın qurduğu "Vikiliks" ("WikiLeaks") saytı fəaliyyətini davam etdirəcək. TASS informasiya agentliyinin xəbərinə görə, bu barədə məlumatı Assancın vəkili Barri Pollak deyib. 
Assanc azadlığa çıxdıqdan sonra təyyarə ilə Britaniyanı tərk etmişdi.
Pollak bu açıqlamanı ABŞ-ın Saypan adasındakı Federal Dairə Məhkəməsinin Assanc barəsində hökm verməsindən sonra verib. Həmin hökmdə çıxarılan həbs cəzası Assancın artıq həbsxanada keçirdiyi müddətə hesablandığından, o, azadlıqda qalıb.
Vəkil deyib: "Vikiliksin işi davam edəcək. Şübhə etmirəm ki, cənab Assanc söz azadlığı və şəfafflığı dəstəkləyən qüvvə olaraq qalacaq. Onun susdurulması mümkün olmayan güclü səsi var".
Hürr Tərcüman