📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"WikiLeaks"in qurucusu Culian Assanj ABŞ-a ekstradisiya ediləcək

2022-04-20 16:03:00

London məhkəməsi "WikiLeaks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına qərar verib. İndi qərarı Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri verməlidir.

Xatırladaq ki, ABŞ Assanjı məxfi məlumatları açıqlamaqda ittiham edir. Ümumilikdə onu 175 ilə qədər həbs gözləyir. 2010-cu ildə jurnalist Assanj Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin materiallarını - diplomatik yazışmaları və İraqla Əfqanıstandakı hərbi əməliyyatlar haqqında məlumatları dərc etmişdi. 

Ülviyyə, Hurriyyet.az