📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Wolt"dan sonra “Bolt Food" kuryerləri də tətilə hazırlaşır

2022-04-25 16:54:00

Bakıda “Bolt Food” kuryerləri tətil edəcək.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, kuryerlər sabah saat 10:00-20:00 arası “Bolt Food”un mobil applikasiyasını bağlayacaq və işə çıxmayacaqlar.

Ödənişlərin azalmasına qarşı “Wolt” kuryerlərinin başlatdığı tətilin estafetini “Bolt Food” kuryerləri götürür.

Kuryerlər haqsızlığı qəbul etmək istəmədiklərini deyirlər:

“Nə qədər 1 manat 50 qəpiyə sifariş daşıyacağıq? 10 km yol gedirsən, 4 manatı güclə yazır. 26 apreldə işə çıxmayaq, ondan Bolt başa düşər ki, biz olmasaq heç kimin işi getməyəcək. Gəlin, bir-birimizə dəstək olaq. İndi birlik vaxtıdır”