WSJ: “Rusiya “Şahed” dronlarının əvəzinə İrana kibersilah verir”
Hücum vertolyotları, reaktiv qırıclar da verə bilər
Hurriyyet.az xəbər verir ki, “The Wall Street Journal” nəşri Ukrayna infrastrukturuna zərbələr endirən ucuz İran dronlarının qarşılığında Rusiyanın Tehrana kibersilahlar, o cümlədən rəqəmsal müşahidə avadanlıqları verdiyini iddia edib. Qəzetin yazdığına görə, bu məlumat ABŞ və İran məmurlarından alınıb. Mənbələr bildiriblər ki, Tehran Moskvada dronlardan savayı, həm də kiçik mənzilli raketlər, tank və artilleriya mərmiləri verməyə razı olduqdan sonra İranla Rusiya arasında əməkdaşlıq daha da güclənib. Yazıda deyilir: “Rusiya hakimiyyətinin qərarına görə, İranla hərbi münasibətlərin dərinləşməsi istənilən çatışmazlıqları kölgədə qoyur”.
Mənbələrin məlumatına görə, İran Rusiyadan kiberyardım, həmçinin onlarla hücum vertolyotu, reaktiv qırıcılar və öz uzaqmənzilli raket proqramı üçün yardım almağa can atır.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, Rusiyanın RF Müdafiə Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən “Protey” şirkəti İrana kiberxidmətlər göstərir. Ukraynada müharibə başlanandan bəri Rusiyanın İrana rabitə izləməsi, dinləmə cihazları, müasir fotoaparatlar və yalan detektorları, izləmə proqramları verdiyi bildirilir.
Hürr Tərcüman