“X” HƏMAS-la bağlı yüzlərlə hesabı sildi
2023-10-12 23:22:06
”X” sosial şəbəkəsi HƏMAS-a bağlı yüzlərlə hesabı silib.
Hurriyyet.Az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə hazırda HƏMAS-la bağlı on minlərlə məzmunu silmək üçün addımlar atmağa başlayıb.
Sosial şəbəkə həmin addımı terrorçuluqla mübarizəyə dəstək vermək üçün atdığını bildirib.