📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi - VİDEO

2023-10-13 12:53:20

Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.

Hurriyyet.az İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, - deyib.

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.

Həmin görüntüləri təqdim edirik: