📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçatryanın qətliam törətdiyi yerdən - FOTO - VİDEO

2023-08-01 12:50:00

Xaçatryanın qətliam törətdiyi yerdən - FOTO - VİDEO

“Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də “Əsas məsələ” verilişində deyib.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçatryan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçatryanın beynəlxalq axtarışa verildiyini vurğulayıb.

1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən İ.Səfərov hadisə yerinin fotolarını təqdim edib.