Xaçmazda ağır yol qəzası olub, xəsarət alanlar var
2022-10-20 23:28:00
Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
Hurriyyet.Az-ın Şimal burosunun xəbərinə görə, H.Əliyev prospektində “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.
Qəza nəticəsində rayon sakinləri - 2001-ci il təvəlludlü Ağayev Abgül Hünər oğlu, 2001-ci il təvəlludlü Əlimirzəyev Bəhlul Bəxtiyar oğlu və 2002-ci il təvəlludlü Həsənov Mehdi Əliheydər oğlu muxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.