📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmazda ev yandı - 90 yaşlı qadın öldü - Video

2026-11-17 11:37:42

Xaçmazda ev yandı - 90 yaşlı qadın öldü - Video

Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.