Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
2022-06-09 21:37:00
Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Şabran-Xaçmaz avtomobil yolunda baş verib.
Belə ki, "Daewoo Nexia" və "İsuzu" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nadir Nafik oğlu Lalayev, 1989-cu il təvəllüdlü Səfər Adil oğlu Ağayev və 1954-cü il təvəllüdlü Kərim Mayıl oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.



Mənbə: Report