📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmazda iki rəfiqə göbələkdən zəhərləndi - Biri öldü

2024-10-29 09:38:42

Xaçmazda iki rəfiqə göbələkdən zəhərləndi - Biri öldü

Xaçmazda iki qadın göbələkdən zəhərlənib.

Hurriyyet.az xəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.

Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Unikal.az