📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmazda işıqların söndürülməsinin səbəbi AÇIQLANDI - Qurumun borcu var? / YENİLƏNDİ

2021-11-16 15:47:00

Xaçmazda işıqların söndürülməsinin səbəbi AÇIQLANDI - Qurumun borcu var? / YENİLƏNDİ

Xaçmaz Rayon İcra Hakimiyyətinin binasının işığının borca görə kəsildiyi iddia olunub.

Hurriyyet.az Yenicag.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərişıq”dan verilən açıqlamada qeyd olunub ki, işıqların borca görə kəsilməsi doğru xəbər deyil:

“Xaçmaz Rayon İcra Hakimiyyətinin işıq xətti ilə qurumun işıq xəttləri bir yerdədir. Yəni, işığın verilməsi bir xətt üzərindən həyata keçirilir. Təchizat xəttində qırılma baş verdiyinə görə, ehtiyat xəttinin bərpa olunması üçün tədbir görülür. Ona görə də beş dəqiqəlik işıqlar söndürülüb. İcra hakimiyyətinin işığı borca görə kəsilməyib”.