📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmazda jurnalist saxlanılıb? - DİN-dən AÇIQLAMA

2023-01-16 23:17:00

Xaçmazda jurnalist saxlanılıb? - DİN-dən AÇIQLAMA

Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatda jurnalistin Xaçmaz Rayon Polis Şöbəsində hələ ki bilinməyən səbəbdən saxlanıldığı qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupu tərəfindən isə Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat təkzib edilib.
İddiaların əsassız olduğu bildirilib. \\APA