Xaçmazda körpə evdə doğuş zamanı öldü
2025-12-27 13:24:40
Xaçmazda körpə evdə doğuş zamanı ölüb.
Hurriyyet.az Report-a istinadla xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.
Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.