📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaçmazda zəncirvarı qəza - Ölən və yaralananlar var

2021-12-25 14:45:00

Xaçmazda zəncirvarı qəza - Ölən və yaralananlar var

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.

Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.