📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xahiş edirəm, dişimi qaytarsınlar" - Keçmiş məhkum şikayətçidir - VİDEO

2023-05-25 10:23:00

Mart ayında azadlığa çıxan keçmiş məhkum Oruc Hüseynov dişlərinin oğurlanmasından şikayətçidir.

O, 4 minlik dişlərinin itdiyini bildirib.

“2022-ci il 20 sentyabrda mənə 6 ay hökm oxundu. Şəki həbsxanasına getdim. Mənim dişlərim qapaqdan keçmə idi. Elə oldu ki, yanvarda Kürdəxanıya köçürüldüm. Onda da dişlərimi, dərmanlarımı özümlə gətirmişdim. Kürdəxanıda əlimdən aldılar. Dedilər, çıxanda verəcəyik. Martın 19-u müddət bitib, birliyə qayıdanda dedilər ki, bilmirik dişlərini, dərmanlarını hara qoymuşuq.

Mən dişimi istəyirəm. 4 minlik diş idi. Artıq bir şey istəmirəm ki...”

bakupost